Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb

Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb

Bakıda 33 yaşlı kişi quyuya düşərək ölüb.

"Cebhe.info" “Report”-a istinadən xəbər verir ki, hadisə şəhərin Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev tullantı maddələr axıdılan quyuya düşərək həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"