Maşın 50 yaşlı kişini vurub öldürdü - YENİLƏNİB

Goranboyda ötən gün avtomobilin vurduğu piyada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, Goranboy-Ağcakənd avtomobil yolunda maşın vuran 1974-cü il təvəllüldü M. Zeynalov bu gün səhər xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
11 noyabr, 22.38
Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun Qaraçinar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil, yolu keçmək istəyən piyada, 1974-cü il təvəllüldü M. Zeynalovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı aradırma aparılır.
"Cebheinfo.az"