Məhkəmə Əvəz Zeynallının şikayətini təmin etməyib

Məhkəmə Əvəz Zeynallının şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.

"Cebhe.info"  “Report”a istinadən xəbər verir ki, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.

"Cebhe.info"