Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün şəhərin mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 75-BL-777 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Naxçıvan şəhər sakini Əliyev Çərkəz Əli oğlunu vurub.
Yaralı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsini çatdırılıb, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info