Naxçıvanda gənc oğlan kimyəvi məhlul içib

Naxçıvanda kimyəvi məhlul (həlledici) içən gənc xəstəxanaya yerləşdirilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün Babək rayon Şıxmahmud kəndində baş verib.
Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü Oruc Yüzbaşıyev kimyəvi məhlul (həlledici) içib.
Naxçıvan Muxtar Respublika Xəstəxasının Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info