Neftçalada 30 yaşlı kişi intihar edib

Neftçala sakini intihar edib.
"Cebhe.info" “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qoltuq yaşayış massivində qeydə alınıb.
Belə ki, həmin massivin sakini, 1994-cü il təvəllüdlü Əli Elmar oğlu Bağırov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
"Cebhe.info"