Reklam lövhəsi aşdı - Xəsarət alan var

Reklam lövhəsi aşdı - Xəsarət alan var

Naxçıvanda yeni quraşdırılan reklam lövhəsi aşıb, xəsarət alan var.

Cebhe.info xəbər verir ki, hadisə bu gün şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Yeni quraşdırılan reklam lövhəsinin aşması nəticəsində 1963-cü il təvəllüdlü Naxçıvan şəhəri Tumbul kənd sakini Qafarova Zimilə Həsən qızı xəsarət alıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info