Şagirdə şiddətlə bağlı iş böyüdü: “Hüquq-mühafizə orqanlarına məlumat verilib”- RƏSMİ

Şagirdə şiddətlə bağlı iş böyüdü: “Hüquq-mühafizə orqanlarına məlumat verilib”- RƏSMİ

Xəbər verdiyimiz kimi, bu gün 46 nömrəli məktəbin 5 A sinif şagirdi məktəb əməkdaşı tərəfindən şiddətə məruz qalıb. 

Məsələ ilə bağlı məktəbdən "Cebhe.info"-ya bildirilib ki, məsələ araşdırılıb: 

“Məktəb rəhbərliyi dərhal məsələni nəzarətə götürüb, ilkin araşdırma aparılıb, valideynlər dəvət olunub, onlarla müvafiq söhbət edilib. Təzyiq göstərən valideyndən izahat alınıb. Hər iki valideynlə müzakirədə bu kimi halların yolverilməz olduğu bildirilib. Məktəb psixoloqu tərəfindən müvafiq şagirdə psixoloji dəstək göstərilib. 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Məktəbdə uşaqların təhlükəsizliyi və səmərəli tədris mühitinin qorunması əsas amil kimi diqqət mərkəzində saxlanılır”. 

Naibə 
"Cebhe.info"