Avtomobil 83 yaşlı kişini vuraraq öldürüb

Avtomobil 83 yaşlı kişini vuraraq öldürüb

Şəmkirdə avtomobil 83 yaşlı kişini vuraraq öldürüb.

Report-un məlumatına görə, hadisə rayonun Sabirkənd kənd ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1940-cı il təvəllüdlü Kamil Rüstəmovu vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info