Sumqayıt sakininin üzərindən avtomat tapılıb

Sumqayıt sakininin üzərindən avtomat tapılıb

Sumqayıt şəhər sakininin üzərindən silah-sursat aşkarlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, polis əməkdaşları Sumqayıt şəhər sakini - 1993-cü il təvəllüdlü Əliyev Rəmzi Xudaverdi oğlunun üzərindən 1 ədəd "Kalaşnikov” markalı avtomat, həmin avtomata məxsus 1 ədəd sandıq və 10 ədəd güllə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info