Tərtərdə ölümlə nəticələnən avtoqəza olub

Tərtərdə ölümlə nəticələnən avtoqəza olub

Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun İrəvanlı kəndi ərazisində olub. Belə ki, "Ford Transit" markalı yük avtomobili ilə "VAZ-2106" markalı avtomobillərin toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Tural Əhmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı ölən və xəsarət alan digər şəxs Bərdə Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info