Təyyarə qəzası: "Qara qutu"dan çıxan nəticələr bu tarixdə açıqlanacaq

Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran Qazaxıstan komissiyası gələn həftə araşdırmanın ilkin nəticələrini açıqlayacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev brifinqdə bildirib.
Kanat Bozumbayev bildirib ki, təyyarədən olan registratorlar qorunub saxlanılıb, onlar Braziliyada deşifrə edilib və respublikaya qaytarılıb:
"Ümid edirik ki, gələn həftə istintaqın ilkin nəticəsi Nəqliyyat Nazirliyi tərəfindən dərc olunacaq, çünki qəzanın baş verdiyi tarixdən 30 gün ərzində ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı - red.) bunu tövsiyə edir".
Onun sözlərinə görə, qəza ilə bağlı araşdırma Rusiya, Azərbaycan ekspertləri, ICAO və Braziliya nümayəndələrinin iştirakı ilə komissiya tərəfindən davam etdirilir.
"Onlar "qara qutu"ların dekodlanması üzərində işləyirlər. Düşünürəm ki, bu, beynəlxalq komissiya olduğu üçün biz müddətlərə əməl etməliyik, çətinliklər var, lakin biz onları qarşılamalıyıq", - Baş nazirin müavini izah edib.
Onun sözlərinə görə, təyyarədən olan registratorlar (“qara qutular”) qorunub saxlanılıb, onlar Braziliyada deşifrə edilib və respublikaya qaytarılıb:
"Onlar xilas edilib, deşifrə edilib, Qazaxıstana qaytarılıb və Baş Prokurorluğun tabeliyində olan istintaq qrupundadırlar. Hazırda bütün ekspertlər onların üzərində işləyir", - o deyib.
Qazaxıstan materialların surətlərini, o cümlədən audio danışıqları Rusiya və Azərbaycan tərəflərinə təhvil verib:
"Bu qutuların surətləri, yəni bu materialların surətləri həm Azərbaycan, həm də Rusiya tərəfində var. Bizim gizlədəcək heç nəyimiz yoxdur. Mən audio danışıqları və başqa şeyləri nəzərdə tuturam".
Xəzər
"Cebheinfo.az"