Toyda faciə: Ölən və yaralılar var

Göygöldə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri dünyasını dəyişib.
"Report"un məlumatına görə, tibbi yardımlara baxmayaraq, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri - 1998-ci il təvəllüdlü Cavid Mürsəlovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alan şəxs - 1998-ci il təvəllüdlü Ruslan Rüstəmovun müalicəsi davam etdirilir.
Qeyd edək ki, toy mərasimindən qayıdan şəxslərin olduğu BMW markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Zərbənin gücündən avtomobildə olanlardan birinin avtomobildən çıxaraq bir neçə metr kənara düşdüyü bildirilir. Faktla bağlı araşdırma aparılır
"Cebhe.info"