Qaydaları pozanlar barəsində tədbir görülüb

Qaydaları pozanlar barəsində tədbir görülüb

Ucarda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Bu barədə "Cebheinfo.az"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.

Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.

"Cebheinfo.az"