Ərdoğan Pakistan və Hindistana çağırış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Hindistana çağırış edib.
“Report” xəbər verir ki, o, bu barədə İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, “odun üzərinə benzin tökmək”, durumun daha da mürəkkəbləşməsində maraqlı olanlar var:
“Buna baxmayaraq, biz gərginliyin artmasının qarşısını almaq üçün diplomatik kanalların işə düşməsini istəyirik”.
Ərdoğan, həmçinin Pakistanın Baş naziri Şahbaz Şəriflə mühüm telefon danışığı apardığını xatırladıb.
“Cebheinfo.az”