Moskvaya getməyə alternativ yollar axtarır

Moskvaya getməyə alternativ yollar axtarır

Slovakiyanın Baş naziri Robert Fitso Baltikyanı ölkələr onun təyyarəsini hava məkanı ilə təmin etməkdən imtina etdiyinə görə Qələbə Gününü qeyd etmək üçün Moskvaya getməyə alternativ yollar axtarır.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“Fitsonun ofisi Baltikyanı ölkələrdə hava məkanı bağlandıqdan sonra Rusiyaya alternativ marşrut axtarır”, - məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, həmin ölkələrin qərarı Fitsonun planlarına təsir etməyib və o, Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Moskvaya getməyə qərarlıdır.

"Cebheinfo.az"