Yevlaxda 21 yaşlı gənci avtomobil vuraraq öldürüb
Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Xaldan-Mingəçevir avtomobil yolunun Yevlax rayon Əkşəm kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Şaiq Musayevi avtomobil vurub.
O aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info