Zaqatalada 59 yaşlı kişinin meyiti tapıldı

Zaqatalada 59 yaşlı kişinin meyiti tapıldı

Zaqatala rayonu, Muxax kənd sakininin meyiti tapılıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər  verir  ki, 1966-cı il təvəllüdlü Xəlil Qasım oğlu Qasımovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kirayədə yaşadığı Zaqatala şəhəri, İ.Şamil küçəsi, ev 59 ünvanında tapılıb.

Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal olunur.

"Cebheinfo.az"