"Araz-Naxçıvan"ın futbolçusu "Zirə" ilə oyunu buraxacaq

"Araz-Naxçıvan"ın futbolçusu "Zirə" ilə oyunu buraxacaq

"Araz-Naxçıvan"ın futbolçusu Vadim Abdullayev "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVI turunun oyununda iştirak etməyəcək.

Klubdan "Cebhe.info"a verilən məlumata görə, 29 yaşlı yarımmüdafiəçi cəza səbəbindən meydana çıxmayacaq.

Ötən tur "Səbail"lə (1:1) matçda sarı vərəqə alan oyunçu cəzalı duruma düşmüşdü.

Qeyd edək ki, dekabrın 12-də reallaşacaq "Zirə" - "Araz-Naxçıvan" görüşü saat 17:00-da start götürəcək.

"Cebhe.info"