"Atletik"in futbolçusu 15 ildən sonra klubdan ayrılır

"Atletik"in futbolçusu 15 ildən sonra klubdan ayrılır

İspaniyanın "Atletik" komandasının futbolçusu İker Munyain mövsümün sonunda klubdan ayrılacaq.

"Report" xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Atletik"in yetirməsi olan 31 yaşlı vinger 2009-cu ildə əsas komandada debüt edib.

Kapitan 2020/2021 mövsümündə İspaniya Superkubokunun, cari mövsümdə isə ölkə kubokunun qalibi olub.

"Cebhe.info"