AVRO-2024: İspaniya - Xorvatiya matçında ilk hissə yekunlaşıb - YENİLƏNİB - 3

AVRO-2024: İspaniya - Xorvatiya matçında ilk hissə yekunlaşıb - YENİLƏNİB - 3

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə komandalar fasiləyə yollanıb.

İlk hissədən sonra İspaniya yığması 3:0 hesabı ilə öndədir.

"Buğalar"ın qollarını 29-cu dəqiqədə Alvaro Morata, 32-ci dəqiqədə Fabian Ruiz və ilk hissənin sonlarında Dani Karvahal vurub.

20:34

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə növbəti qol vurulub.

32-ci dəqiqədə adını tabloya yazdıran Fabian Ruiz ispanların üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.

Qarşılaşma davam edir.

20:30

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə hesab açılıb.

29-cu dəqiqədə fərqlənən Alvaro Morata ispanları hesabda önə çıxarıb.

Qarşılaşma davam edir.

20:01

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda daha bir oyun start götürüb.

Berlin Olimpiya stadionunda başlayan görüşdə B qrupunun iki təmsilçisi - İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlir.

Qarşılaşmanı ingiltərəli baş hakim Maykl Oliver idarə edir.

"Cebhe.info"