AVRO-2024: Rumıniya - Ukrayna oyununda ilk hissə başa çatıb - YENİLƏNİB - 2

AVRO-2024: Rumıniya - Ukrayna oyununda ilk hissə başa çatıb - YENİLƏNİB - 2

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda ilk hissə başa çatıb.

Rumıniya seçməsi hazırda hesabda öndədir - 1:0.

Nikolae Stanku 26-cı dəqiqədə fərqlənib.

17:32

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda hesab açılıb.

Rumıniyanın yığmasının heyətində Nikolae Stanku 26-cı dəqiqədə adını tabloya yazdırıb.

17:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə start verilib.

I turun Rumıniya - Ukrayna oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Görüşü İsveçdən olan Qlenn Nuberq idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

"Cebhe.info"