Avropa klubları Azərbaycan millisinin futbolçusu ilə maraqlanır

Avropa klubları Azərbaycan millisinin futbolçusu ilə maraqlanır

Gənclərdən ibarət Azərbaycan millisinin futbolçusu Abdulla Rzayev Avropa klublarının maraq dairəsindədir.

Bunu "Report”a müsahibəsində Azərbaycan yığmasının skautu İlqar Qurbanov deyib.

O bildirib ki, qış fasiləsində “Sabah”dan “Kəpəz”ə icarəyə verilən 21 yaşlı müdafiəçi Türkiyədəki təlim-məşq toplanışı zamanı bir neçə komandanın diqqətini çəkib: “Antalyada olanda bir neçə xarici menecer onunla maraqlandı. Türkiyə, Slovakiya və Macarıstan klubları Abdulla barədə məndən məlumat istədilər. “Kəpəz”in çempionatda dünən “Qəbələ” ilə keçirdiyi matçda da 90 dəqiqə meydanda oldu. Belə gənclərə güvənmək, şans vermək lazımdır”.

İlqar Qurbanovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Cebhe.info