Azərbaycan cüdoçusu Asiya turnirində qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Asiya turnirində qızıl medal qazanıb

Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirinin ilk günündə Azərbaycan cüdoçusu qızıl medal qazanıb.

Bu barədə "Cebheinfo.az"a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Kişilər arasında -60 kq. çəkidə Murad Muradlı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.

"Cebheinfo.az"