Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

Bu gün Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının (the Badminton World Federation – BWF ) 86-cı illik ümumi yığıncağı keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, 143 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda Azərbaycan Badminton Federasiyasının nümayəndə heyəti də dəvət olunub.
Tədbirdə 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya və eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib. Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.
"Cebheinfo.az"