Parapauerliftinqçimiz Gürcüstanda gümüş medal qazanıb

Azərbaycan parapauerliftinqçisi Zəhra Dadaşova (61 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İdmançı ən yaxşı qaldırmada 80 kq nəticə göstərərk ikinci olub.
Qeyd edək ki, yarışda kişi idmançılarımızdan Pərvin Məmmədov (49 kq), Rəsul Zəkiyev (88 kq), Şamo Aslanov (+107 kq) və Talib Zeynalov (+107 kq), qadınlardan isə Zəhra Dadaşova (61 kq) ilə yanaşı, Leyla Kərimova (73 kq) da mübarizə aparır.
"Cebheinfo.az"