Azərbaycanın sərbəst güləşçisi 1/4 finalda məğlub olub - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Amin ilə üz-üzə gəlib.
Nurmaqomedov rəqibinə məğlub olub - 14:16. Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
14:27
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
86 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Nurmaqomedov (11:2) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda San Marino təmsilçisi Maylz Nazem Amin ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Cebheinfo.az"