"Barselona" heç-heçə etdi

"Barselona" heç-heçə etdi

İspaniya La Liqasında XVII turun oyunları keçirilib.

Turnir cədvəlinin lideri “Barselona” səfərdə “Real Betis”lə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 38-ə çatdıran Kataloniya klubu liderdir. Meydan sahibləri isə 21 xalla 11-ci pillədə qərarlaşıb. Günün digər oyununda “Las Palmas” “Valyadolid”i 2:1 hesabı ilə məğlub edib.

"Cebheinfo.az"