"Barselona" yeni baş məşqçisini açıqlayıb

"Barselona" yeni baş məşqçisini açıqlayıb

İspaniyanın "Barselona" klubunun yeni baş məşqçisi bəlli olub.

"Report"un məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin rəsmi "X" hesabı paylaşım edib.

Komanda almaniyalı mütəxəssis Hans-Diter Flikə tapşırılıb. O, bu postda Xavi Ernandesi əvəzləyib.

"Cebhe.info"