“Bavariya”nın yarımmüdafiəçisi “Mançester Yunayted”ə keçir

“Bavariya”nın yarımmüdafiəçisi “Mançester Yunayted”ə keçir

Marsel Zabitser “Bavariya”dan “Mançester Yunayted”ə keçir.

Klublar yarımmüdafiəçini satın alma opsiyonu olmadan icarəyə götürmək barədə razılığa gəliblər.

Futbolçunun ingilis klubu ilə şəxsi müqaviləsinin şərtləri razılaşdırılıb, “Bavariya” ilə anlaşma isə yaxın bir neçə saat ərzində bağlanacaq.

Bildirilir ki, baş məşqçi Erik ten Haq Zabitseri “Mançester Yunayted”də görmək istəyir. Bu gün günorta avstriyalı artıq Münhendə komanda yoldaşları ilə vidalaşıb.

Qeyd edək ki, Marsel bu mövsüm Bundesliqada 15 oyun keçirib və orta hesabla hər oyunda 41 dəqiqə meydanda olub.

Cebhe.info