“Beşiktaş” “Çelsi”nin ulduzunu istəyir

Türkiyənin Super Liqa təmsilçisi “Beşiktaş” yeni mövsüm üçün transfer çalışmalarına davam edir.
Cebhe.info xəbər verir ki, İstanbul klubu heyətini dünya ulduzları ilə gücləndirmək istəyir. “Ağ-qaralar” İngiltərənin “Çelsi” komandasının ulduzu Nqolo Kanteni transfer etmək niyyətindədir.
32 yaşlı futbolçu mövsüm sonunda London təmsilçisindən ayrılacaq. Fransalı futbolçu zədələr səbəbindən bu mövsüm sadəcə 9 matçda meydana çıxıb. “Beşiktaş” “azad agent” statusunda olacaq futbolçunu heyətinə qatmaq üçün çalışmalara başlayıb.
Xatırladaq ki, Kante ötən il qatıldığı bir proqramda “Beşiktaş” azarkeşi olduğunu açıqlamışdı.
Elmir Mustafa
Cebhe.info