"Beşiktaş" yeni transferini açıqlayıb

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Türkiyənin I Liqa klubu "Karagümrük"dən Can Keleşlə anlaşıb.
"Beşiktaş" 22 yaşlı futbolçunu tibbi müayinədən keçirib. Onunla 4 llik müqavilə imzalanacağı gözlənilir.
"Cebheinfo.az"