Əfsanəvi futbolçu Türkiyə klubuna gedir?

Əfsanəvi futbolçu Türkiyə klubuna gedir?

Türkiyənin "Trabzonspor" klubu səs-küylü bir transferə imza atmağa çalışır.

"Cebhe.info" xəbər verir ki, Qaradəniz təmsilçisi Almaniya nəhəngi "Borussiya Dortmund"un əfsanəvi futbolçusu Marko Roysla maraqlanır.

Gələcək mövsüm çempionluğa oynayacaq bir komanda formalaşdırmağa çalışan baş məşqçi Abdullah Avcı 34 yaşlı futbolçunun transfer edilməsini istəyib. 

İddialara görə, "Trabzonspor" alman klubu ilə müqaviləsi mövsüm sonunda başa çatacaq dünya ulduzunu heyətinə qatmaq üçün ciddi səy göstərir.

Qeyd edək ki, Marko Roys "Borussiya Dortmund"da meydana çıxdığı 414 matçda 167 qol vurub, 124 məhsuldar ötürmə edib. 

Almaniyalı ulduz 2012-ci ildən bəri "Borussiya Dortmund"da çıxış edir. 

Elmir Mustafa 
"Cebhe.info"