Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

“Komandamız oyuna yaxşı köklənmişdi. Bunu məşq prosesində də hiss edirdim”.

Bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis matçdan zövq aldığını bildirib: "Dinamika yüksək səviyyədə idi. Kubokda az da olsa şansımız qalır. Oyun baxımından komandam mənə sürpriz elədi. Məğlub ola da bilərdik. Amma ümumi performansımız heç-heçəyə layiq idi. Bu gün baxımlı çıxış etdik”.

Çalışdırıcı görüşdə zədələnən müdafiəçi İlkin Qırtımovun durumunun ciddi olmadığını bildirib: “Sadəcə, risk eləmək istəmədik".

Baxşıyev cütün favoritinin “Qarabağ” olduğunu söyləyib: “Əgər şansımız varsa, sona kimi mübarizə aparmaq lazımdır. Yarımfinala adlamaq üçün əlimizdən gələni edəcəyik. Amma “Qarabağ” bu cütün qalibidir”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı dekabrın 19-da keçiriləcək.

Cebhe.info