"Fənərbaxça" "Barselona"nın futbolçusunu heyətinə qata bilər

"Fənərbaxça" portuqaliyalı futbolçu Joao Feliks ilə maraqlanır.
"Cebhe.info" xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Bildirilir ki, 24 yaşlı futbolçu "Barselona"nın bu ilki hədəfində deyil. Feliks özü də Joze Mourinyonun komandasında olmaqda istəklidir.
Bu səbəbdən "Fənərbaxça"nın onun transferini reallaşdırmağa çox yaxın olduğu bildirilib.
Qeyd edək ki, futbolçu 2019-cu ildə 126 milyon avroya “Atletiko”ya keçid edib. Madriddə üç il yarım ərzində La Liqada 96 oyun keçirib, 25 qol vurub və 13 məhsuldar ötürmə edib. O, “Atletiko Madrid”in heyətində Çempionlar Liqasında 27 oyunda 7 qol vurub.
Daha sonra ötən mövsüm "Barselona"ya icarə verilib. Burada 44 oyun keçirib, 10 qol vurub, 6 məhsuldar ötürmə edib. Onun müqavilə müddəti ötən ayın sonunda bitib. Transfer hüquqlarının məxsus olduğu "Atletiko" ilə isə 2027-ci ilin iyununa qədər müqavilə müddəti var. Onuna transfer qiyməti isə 30 milyon avro göstərilir.
Naibə
"Cebhe.info"