Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın daha bir yunan-Roma güləşçisi - Qurban Qurbanov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Modern.az xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı İslam İsmayıloviç Əliyevlə qarşılaşıb.

Rəqibinə 8:2 hesabı ilə qalib gələn Q.Qurbanov Avropa çempionu tituluna yiyələnib.

97 kiloqramda çıxış edən Azərbaycanın digər güləşçisi Murad Əhmədiyev (97 kiloqram) isə finlandiyalı Aapo Viitalanı 11:0 hesabı ilə üstələyərək üçüncü yeri tutub.

Daha əvvəl Nihad Quluzadə (60 kiloqram) gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.

"Cebhe.info"