İngiltərə klubu "Betis"in futbolçusunu transfer edib

İngiltərənin "Kristal Pelas" klubu son mövsümü İspaniya təmsilçisi "Betis"də keçirən müdafiəçi Çadi Riadı transfer edib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı mərakeşli ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Ç.Riad "Betis"in heyətində ümumilikdə 30 oyun keçirib. "Transfermarkt" portalı mərakeşli müdafiəçinin dəyərini 15 milyon avro qiymətləndirir.
"Cebhe.info"