İngiltərə Kubokunu “Mançester Siti” qazandı – VİDEO

İngiltərə Kubokunun qalibi bəlli olub.
Finalda Mançester derbisi baş tutub.
Londondakı əfsanəvi “Uembli” stadionunda oynanılan matçda “Mançester Siti” “Mançester Yunayted”ə qalib gəlib.
Hesabı 13-cü saniyədə “şəhərlilər”in türkəsilli futbolçusu İlkay Gündoğan açıb. Bruno Fernandes 33-cü dəqiqədə penalti zərbəsi ilə hesabı bərabərləşdirsə də, İlkay 51-ci dəqiqədə dublunu rəsmiləşdirərək komandasına qələbə qazandırıb.
Qolları təqdim edirik.
Cebhe.info