Jose Mourinyo karyerasının ən önəmli matçını açıqlayıb

Jose Mourinyo karyerasının ən önəmli matçını açıqlayıb

İtaliyanın “Roma” klubunun sabiq baş məşqçisi Jose Mourinyo karyerasının ən önəmli matçı barədə danışıb.

“Report”un “The Telegraph”a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis Çempionlar Liqasının 2003/2004 mövsümünün karyerasında dönüş nöqtəsi olduğunu bildirib.

“Portu”nun baş məşqçisi kimi 1/8 finalda “Mançester Yunyated”lə qarşılaşan J.Mourinyo həmin matçda "ulduzunun parladığını" söyləyib. Portuqaliya təmsilçisi həmin mövsüm qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.

Qeyd edək ki, 61 yaşlı mütəxəssis karyerası ərzində "Tottenhem", "Mançester Yunayted", "Çelsi", "Real", "İnter", "Portu", "Leyriya" və "Benfika" kollektivlərini çalışdırıb.

"Cebhe.info"