Konfrans Liqası: “Beşiktaş” darmadağın oldu - VİDEO

Konfrans Liqası: “Beşiktaş” darmadağın oldu - VİDEO

UEFA Konfrans Liqası çərçivəsində V turun oyunları keçirilir.

Türkiyənin “Beşiktaş” klubu doğma meydanda D qrupunun lideri olan Belçika “Brügge”sini qəbul edib.

İstanbullular elə ilk dəqiqələrdən təşəbbüsü qonaq komandaya təslim ediblər. Bunun nəticəsi kimi, matç “Brügge”nin 0:5 hesablı mütləq üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda Belçika kollektivi 13 xalla qrupda 1-ci, turnirdə qələbəyə həsrət qalan “Beşiktaş” isə cəmi 1 xalla sonuncu yerdədir.

Cebhe.info