Küveytdə işləmiş məşqçi Azərbaycan millisində

Küveytdə işləmiş məşqçi Azərbaycan millisində

Azərbaycanın gənclərdən ibarət karate millisinin yeni baş məşqçisi müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, bu vəzifəni Elnur İbrahim icra edəcək.

Mütəxəssis 2002-2009-cu illərdə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığmasının, 2009-cu ildən 2024-cü ilə qədər isə Küveytin böyüklərdən ibarət komandasının baş məşqçisi olub.

"Cebheinfo.az"