Mahir Emreli imicini dəyişdi: Saçını ağa boyayıb - FOTOLAR

Mahir Emreli imicini dəyişdi:  Saçını ağa boyayıb - FOTOLAR

Azərbaycan millisinin hücumçusu Mahir Emreli imicində dəyişiklik edib.

"Cebheinfo.az" xəbər verir ki, Almaniya 2-ci Bundesliqasının XVIII turunda "Nürnberq"in "Karlsrue" ilə qarşılaşdığı görüşdə meydana çıxan Mahir Emrelinin yeni saç stili medianın diqqətindən yayınmayıb.

İlk dəfə saçını ağ rəngə boyamış futbolçumuz 72-ci dəqiqədə Lukas Şlayma ilə əvəzlənib.

Qeyd edək ki, hazırda "Nürnberq" 25 xalla 11-ci pillədədir.

"Cebheinfo.az"