"Mançester Yunayted" La Liqada çıxış edən iki futbolçunu diqqətdə saxlayıb

"Mançester Yunayted" La Liqada çıxış edən iki futbolçunu diqqətdə saxlayıb

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya La Liqasında çıxış edən iki futbolçunu diqqətdə saxlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Barselona"nın hücumçusu Rafinya və "Atletik"in yarımmüdafiəçisi Niko Uilyamsla maraqlanır.

Bununla belə, "manukunyanlar" sözügedən transferləri həyata keçirmək üçün bir neçə futbolçusunu satmalıdır.

Qeyd edək ki, cari mövsüm Rafinya 42 oyunda 27 qol vurub, Uilyams isə 37 matçda 9 dəfə rəqib qapılarına yol tapıb.

"Cebheinfo.az"