Məhəmməd Salah "Barselona"nın maraq dairəsinə düşüb

Məhəmməd Salah "Barselona"nın maraq dairəsinə düşüb

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah İspaniya təmsilçisi "Barselona"nın maraq dairəsinə düşüb.

"Report" "Diario Sport"a istinadən xəbər verir ki, kataloniyalılar cari mövsümün sonu vingeri azad agent kimi heyətinə qatmağı düşünür.

Klub hələ 3 il əvvəl Salahı sıralarına qatmağı planlaşdırsa da, maliyyə səbəblərinə görə transfer baş tutmamışdı.

Qeyd edək ki, 32 yaşlı misirli futbolçunun xidmətində Səudiyyə Ərəbistanı klubları da maraqlıdır.

"Cebheinfo.az"