"Milan" klubu 16 yaşlı futbolçusu ilə müqavilə bağlayıb

"Milan" klubu 16 yaşlı futbolçusu ilə müqavilə bağlayıb

İtaliyanın "Milan" klubu gənc hücumçusu Françesko Kamarda ilə müqavilə imzalayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 16 yaşlı futbolçunun müqavilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Bu, gənc hücumçunun ilk peşəkar müqaviləsi olub.

Qeyd edək ki, F.Kamarda "Milan"da 2023-cü ilin noyabrında 15 yaş 8 ay və 16 günlüyündə olarkən "Fiorentina"ya qarşı oyunda debüt edib. Ötən mövsüm Milan təmsilçisinin U-19 komandasında 41 oyunda meydana çıxan futbolçu 14 qola imza atıb. O, İtaliyanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində AVRO-2024-ün qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib.

"Cebhe.info"