Premyer Liqa: “Qarabağ” - “Qəbələ” oyununda dörd qol - YENİLƏNİB

Premyer Liqa: “Qarabağ” - “Qəbələ” oyununda dörd qol - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlib.

Qarşılaşma heç-heçə başa çatıb - 2:2. Qonaqlarda 19-cu dəqiqədə Bilel Auaşeriya fərqlənib. “Köhlən atlar”da 66-cı dəqiqədə Yassin Benzia, 71-ci dəqiqədə Abdullah Zubir rəqibi məyus edib. 85-ci dəqiqədə “Qəbələ”dən Yaovi Akakpo görüşdə son nöqtəni qoyub.

Çempionluğunu rəsmiləşdirmiş “Qarabağ” xallarının sayını 73-ə çatdırıb. Sonuncu-onuncu sıradakı “qırmızı-qaralar”ın 17 xalı var.

Qeyd edək ki, günün ikinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Ötən gün “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

09:41

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirmiş “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. “Köhlən atlar”ın 72 xalı var, “qırmızı-qaralar” 16 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıblar.

Günün ikinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Meydan sahibləri 46 xalla dördüncü, “ağ-qaralar” 47 xalla üçüncü sıradadır.

Azərbaycan Premyer Liqası

XXXI tur

20 aprel (şənbə)

16:30. “Qarabağ” - “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Asif Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. “Zirə” - “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ötən gün “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

"Cebhe.info"