Qadın millimizdən tarixi nəticə - YENİLƏNİB

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
C Liqasında yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 3-cü qrupun V turunda Kiprin qonağı olub.
Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 9-cu dəqiqədə Diana Məmmədova fərqlənib.
Beləliklə, xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.
Qrupun digər görüşündə Monteneqro Farer adalarını 9 cavabsız qolla üstələyib.
09:38
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda V turda Kipr kollektivinin qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Meydan sahibləri 7 xalla ikinci pillədə qərarlaşıblar, yığmamız isə 10 xalla liderdir.
Komandamız qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.
C Liqasının 3-cü qrupunun digər görüşündə Monteneqro Farer adaları ilə üz-üzə gələcək. Bu matç isə saat 16:00-da start götürəcək.
Cebhe.info