“Qalatasaray”da şok istefa
Türkiyənin “Qalatasaray” klubunda şok istefa yaşanıb.
“Cebheinfo.az” xəbər verir ki, klubun futbol direktoru Cenk Ergün vəzifəsindən istefa verib.
O, transferlərin gecikməsinə görə son günlərdə tənqid hədəfinə çevrilmişdi. C.Ergün istefa qərarını sosial şəbəkə hesabında açıqlayıb.
O, kluba daha çox zərər verməmək üçün bu addımı atdığını deyib.
Cenk Ergün qarşıdakı günlərdə ətraflı açıqlama verəcəyini də qeyd edib.
Xatırladaq ki, Cenk Ergün ötən günlərdə “Qalatasaray” ilə 2 illik yeni müqavilə imzalamışdı.
Azarkeşlər isə klub rəhbərliyinin bu qərarına etiraz edirdi.
Elmir
“Cebheinfo.az”