"Qalatasaray"ın oyunçuları Bakıya gəlib

"Qalatasaray"ın oyunçuları Bakıya gəlib

Xeyriyyə oyunu üçün Bakıya gələn "Qalatasaray" oyunçuları Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş ediblər.

Türkiyənin ən titullu klubunu çoxsaylı azarkeşlər və KİV nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyunu Bakı Olimpiya Stadionunda saat 20:00- da təşkil olunacaq. Bu oyundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Cebhe.info