"Qalatasaray"ın sabiq baş məşqçisi "Yuventus"u çalışdıracaq

İtaliyanın "Yuventus" klubunun yeni baş məşqçisi müəyyənləşib.
"Cebheinfo.az" xəbər verir ki, İqor Tudor komandanın başına gətirilib. Onunla 2026-cı ilə qədər müqavilə imzalandığı açıqlanıb. 46 yaşlı mütəxəssis karyerası ərzində "Marsel", "Hellos Verona", "PAOK", "Karabükspor" və "Qalatasaray" kimi klubları çalışdırıb. Tudor daha əvvəl "Yuventus"da Andrea Pirlonun baş məşqçi olduğu dönəmdə köməkçi vəzifəsində də işləyib.
Elmir
"Cebheinfo.az"